ABŞ Pakistana maliyyə yardımını dayandırır

  • By admin
  • 05 Yanvar 2018 08:50

ABŞ Pakistana təhlükəsizlik məsələləri ilə üzrə maliyyə yardımını dayandırır.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

Dayandırılan maliyyə yardımının məbləği açıqlanmır.

Onun sözlərinə görə, qərara səbəb Pakistanın terrorçuluqla mübarizədə kifayət qədər səy göstərməməsi olub: “Pakistan daha əzmli və qəti qərarlar verməlidir”.

Hezer Nauert bundan əvvəl ABŞ-ın Pakistana 255 mln. dollar maliyyə yardımını “dondurduğunu” bildirib.

Gununsesi.info