Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

  • By admin
  • 05 Yanvar 2018 08:40

Nyu-York qubernatoru Endrü Kuomo sərt hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib, Con Kennedi adına hava limanı müvəqqəti olaraq işini dayandırıb.

Gununsesi.info xəbər verir ki, fövqəladə vəziyyət rejimi həmçinin Uestçester və Lonq Aylənd şəhərlərində tətbiq edilib.

Sinoptiklər qar çovğununun bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.

Gununsesi.info