MSK Müsavatın yaratdığı təşviqat qrupunu qeydə almadı

  • By admin
  • 27 Avqust 2016 14:30

msk

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, MSK-nın iclasında Müsavat Partiyasının sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı “Respublika” təşviqat qrupunun müraciətinə baxılıb.

Bu barədə iclasda MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, MSK bununla bağlı araşdırma aparıb: “Məlum olub ki, təqdim edilən etibarlı imzaların sayı qrupun qeydə alınmasına kifayət etmir”.

Müzakirələrin yekununda “Respublika” təşəbbüs qrupunun qeydiyyatı səsverməyə çıxarılıb, amma qrup qeydə almayıb.

Qeyd edək ki, “Respublika” təşviqat qrupunun imzatoplama kampaniyasında “D18” Hərəkatı da iştirak edib. Ümumilikdə, 41 128 imza toplanıb.

Gununsesi.info