Moskvada yanğından ölənlərin hamısı Qırğızıstan vətəndaşı olub

  • By admin
  • 27 Avqust 2016 14:35

anbar

Moskvada Altufyevskoye yolunda yerləşən tipoqrafiya ofisində baş vermiş yanğın nəticəsində ölənlərin hamısı Qırğızıstan Respublikası vətəndaşı olub.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Bildirilib ki, ölənlərin hamısı tipoqrafiya ofisinin anbarında işləyənlərdir. Mənbə dünyasını dəyişənlərin Moskvada qanuni yolla çalışdığını diqqətə çatdırıb. Yanğın işçilərin səhər növbəsini qəbul etməsindən sonra baş verib.

Hadisə nəticəsində anbarda ölənlər yuxuda tüstüdən boğulublar.

Gununsesi.info