
Sabiq MTN generalları ilə bağlı narahatlıq doğuran məqamlardan biri bu şəxslərin yaxın qohumlarının bir qisminin hələ də mühüm dövlət postlarında, eləcə də güc orqanlarında çalışması ilə bağlıdır.
Gununsesi.info Moderator.az-a istinadən xəbər verir ki, bəzi vətənaşlar hesab edir ki, “MTN işi” ilə bağlı həbs edilən və ya işdən uzaqlaşdırılan şəxslərin güc orqanlarındakı qohumları da işdən azad edilməli, hüquq-mühafizə orqanları bu şəbəkədən tamamilə təmizlənməlidir.
Məlum məsələ ilə bağlı maraqlı informasiya daxil olub. Məlumata görə, yaxın gələcəkdə sabiq MTN-çilərin güc orqanlarında çalışan birinci dərəcəli qohumları üzərində nəzarətin gücləndirilməsi nəzərdə tutulub. Hətta onların bir qisminin qeyri-rəsmi surətdə müvəqqəti olaraq işdən uzaqlaşdırılması da planlaşdırılır.
Mənbənin sözlərinə görə, sabiq MTN-çilərin yaxınları ilə bağlı atılacaq bu addım əsasən iki məqsədə xidmət edir. Bunlardan birincisi, sabiq MTN-çilərlə bağlı atılacaq addımlarla bağlı informasiya sızıntısının qarşısını almaq, ikincisi onların güc orqanlarındakı yaxınları vasitəsi ilə müxtəlif şəxslərə təzyiq göstərmək ehtimalını önləməkdir.
Bilgili qaynağın məlumatına görə, sabiq MTN-çilərin dövlət qurumlarındakı yaxınlarının işdən tamamilə azad edilməsi məsələsi gündəmdə deyil. Belə bir gedişat nəzərdə tutulsa da bunu mərhələli şəkildə və ajiotaj yaratmadan həyata keçirilməsi planlaşdırılır.
Gununsesi.info









