Rövnəq Abdullayev Zakir Həsənovu məhkəməyə verdi

  • Müəllif: admin
  • 18 Oktyabr 2016 16:06

azeriqaz

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) Müdafiə Nazirliyi və Mərkəzi Hərbi Hospitala qarşı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Gununsesi.info-nun APA-ya istinadən  məlumatına görə, İB-nin şikayətinə oktyabrın 19-da baxılacaq.

Qeyd edək ki, “Azəriqaz” nazirliyik və hospital tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etmədiyindən “Azəriqaz” İB apellyasiya şikayəti verib. Lakin şikayət təmin edilməyib. Bundan sonra İB kassasiya şikayəti verib.

Gununsesi.info