Müavini Şeyxi müdafiə etməkdən çəkindi - ÖZƏL

  • By admin
  • 15 İyul 2016 12:14

6777_res_01

 

2014-cü ilin dekabrında sabiq MTN tərəfindən  həbs edilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayev (Mustafaoğlu) iyulun 12-də keçirilən  məhkəmə prosesində ifadə verərkən MTN-də onu Milli Qəhrəman Rövşən Əkbərov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyx Allahşükür Paşazadənin əleyhinə  məcburən ləyaqətsiz ifadələr yazmaqdan imtina etməsindən danışıb. O, bildirib ki, bütün Qafqazın Şeyxi sabiq MTN rəhbərliyinin hədəfində olub.

Gununsesi.info-nun əməkdaşı  sabiq MTN rəhbərliyinin Şeyxi vurmaq planına münasibət bildirməsi üçün QMİ-nin sədr müavini Hacı Fuad Nurullayevə müraciət edib. QMİ rəsmisi sualımızı dinləsə də, şərh verməkdən imtina edib: “Mən bu barədə heç nə demək istəmirəm. Bunun üçün mətbuat xidmətimiz var, onların müraciət edin, əgər icazə(?) verərlərsə, yanıma gəlin…”- deyə, o, bildirib.

 

pasa

 

Gülnaz Qənbərli

Gununsesi.info