Azərbaycan həkimlərinin tanınmaz hala saldığı şəxs İstanbula aparıldı - MÜBARİZ MƏNSİMOV ÇARƏSİZ SOYDAŞIMIZIN HAYINA YETDİ

  • By admin
  • 06 May 2019 17:06

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov üzü tanınmaz hala düşən Ağdaş rayon sakini Ramin Məmmədovun müalicə olunması üçün onu İstanbula apartırıb.

Bu barədə məlumatı Gununsesi.org “Palmali Group”dəa məlumat verilib.

Bildirilib ki, xəstə İstanbulun Liv hospitalına yerləşdirilib.

Artıq müayinə prosedurları həyata keçirilir. Xəstənin vəziyyəti olduqca ağırdır.

Xatırladaq ki, R. Məmmədovun üzünün sol nahiyəsində böyük şiş əmələ gəlib. Getdikcə daha da böyüyən şiş onu tanınmaz hala salıb. Bakıda fəhləliklə pul qazanan R. Məmmədov artıq uzun müddətdir xəstəlik səbəbilə işləyə bilmir.

Sosial mediada çıxışında Ramin Məmmədov Azərbaycanda həkimlərin onu səhv müalicə etdiyini deyib.

Xəstənin bu çıxışı sosial mediada böyük rezonansa səbəb olub.

Ramin Məmmədovun üzləşdiyi durum Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun diqqətindən yayınmayıb.

İş adamı xəstə soyadımızın müalicə etrdirəcəyinə dair açıqlama vermişdi. Göründüyü kimi Mübriz Mənsimov növbəti dəfə çarəsiz durumda qalmış bir vətəndaşımızın hayına çatdı.

 

Gununsesi.org