Mübariz Mənsimov bu sahələrə 1,5 milyard dollar sərmayə qoyub - "TÜRKİYƏ YATIRIM ÜÇÜN ƏN YAXŞI ÖLKƏLƏRDƏN BİRİDİR"

  • By admin
  • 07 Oktyabr 2017 21:14

mubariz

Gununsesi.info xəbər verir ki, “Palmali” şirkətlər qrupunun rəhbəri, əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə gəmiçilik, turizm və inşaat sektorlarına 1,5 milyard dollardan artıq sərmayə qoymaqla qardaş ölkəni yatırım üçün ən yaxşı yerlərdən biri kimi qiymətləndirib.

Məşhur iş adamının açıqlamasına əsasən, gün ərzində İstanbul boğazından “Palmali”yə məxsus 20-30 gəmi keçir.

Mənsimovun sözlərinə görə, hazırda dənizçilik sektorunda inkişaf o qədər də ürəkaçan deyil, lakin şirkət 2019-2020-ci illərdə bu sahə üzrə dünya bazarlarına girməyi planlaşdırır. Həm şirkətin özünə məxsus, həm də icarəyə götürülmüş ümumi 200 gəmidən istifadə edən “Palmali” ehtiyac olarsa, yeni su nəqliyyatı vasitəsi almağı düşünür:

“Fürsət düşərsə, yeni gəmi almaq istəyirik. İşçi sayı 35 min ilə 45 min arasında dəyişir. Ümumiyyətlə, Türkiyə üzrə avantajları yüksək qiymətləndiririk. Keçən il toplam 100 milyon tona yaxın yük, neft və neft məmulatlarının daşınmasını həyata keçirmişdik. Bu il də o qədər yük daşıyacağımızı düşünürəm.

Mübariz Mənsimov Şimali İraqla heç vaxt əməkdaşlıq etmədiklərinə də diqqət çəkib. O, sözügedən ölkəyə tətbiq edilən sanksiyaların “Palmali”yə təsir göstərməyəcəyini vurğulayıb.

İş adamı, həmçinin, dənizçilik sahəsində dünyanın ən yaxşı 5 şirkətindən birinə sahib olduğunu bildirib.

Gununsesi.info