Türkiyə prezidentinin Serbiyaya rəsmi səfəri gözlənilir

  • By admin
  • 07 Oktyabr 2017 21:26

cumhurbaskan-i-erdogan-dan-israil-e-mescid-i-9861602_3528_o

Gununsesi.info Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 9-11 oktyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək.

“Prezident Rəcəb Tayyip Ərdoğan Ukraynaya səfərini başa çatdıraraq, 9-11 oktyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək. Səfər Serbiya prezidenti Aleksandr Vuçiçin dəvəti əsasında baş tutacaq. Səfər çərçivəsində ikitərəfli münasibətlərin genişləndirilməsinə dair müxtəlif sənədlər imzalanacaq, həmçinin Türkiyə-Serbiya biznes forumu keçiriləcək”, – deyə məlumatda bildirilir.

Türkiyə prezidenti  Aleksandr Vuçiç və Serbiya parlamentinin sədri Maya Qoykoviçlə danışıqlar aparacaq, Novi Pazar şəhərinə səfər edəcək.

Gununsesi.info