Mübariz Mənsimovdan zəlzələ qurbanlarına 10 milyonluq yardım

  • By admin
  • 11 Fevral 2023 11:30

Türkiyədə baş vermiş zəlzələ hamımızı çox sarsıtdı. Zəlzələdə zərər çəkmiş insanlara yardım göstərmək məqsədi ilə “Palmali Holding” şirkəti olaraq xeyirxah iş ortaqlarımız, dostlarımız, dənizdə və ofisdə olan bütün əməkdaşlarımızla birgə bu böyük fəlakətin qurbanlarına dəstək olmaq üçün əlimizdən gələni etməyə çalışırıq. “Palmali Holding” təbii fəlakət zonasına 10.000.000 TL dəyərində növbəti yardımı bu gün yola salıb.

Gununsesi.info bildirir ki, bunu Palmali Group-un mətbuat katibi Fidan Quliyeva deyib.

Onun  sözlərinə görə,  yardım qutularına ən zəruri əşyalar daxildir: “Böyüklər və uşaqlar üçün isti geyimlər, çadırlar, yorğanlar, yastıqlar, yuxu tulumları, isidicilər, birdəfəlik qablar, quru gida, uşaq bezləri və yeməkləri, təmizlik və gigiyenik məhsullar. Bundan əlavə, zəlzələdən ziyan çəkmiş 3 şəhərdə şirkətin göndərdiyi aşbazlar mobil mətbəxlərdə yemək bişirərək insanlara yemək paylayacaq. Eyni zamanda, qeyd etmək lazımdır ki, “Palmali Holding”in işciləri bir aylıq maaşlarını zəlzələdən zərər çəkənlərə yardım işlərinə bağışlayıb. Həmçinin tələbələrimizin təxliyəsini təşkil etmək və vətəndaşlarımızın problemlərini həll etmək məqsədi ilə şirkətin əməkdaşları səfərbər olunub. Dəstəyimizi davam etdirəcəyik. Bu acı hamımızındır. Yaramızı bərabər sağaldacayıq”.

Mətləb Yaqublu

Gununsesi.info