Mübariz Qurbanlı: “Radikal dini qrupları geri sala bildik”

  • By admin
  • 18 İyun 2016 12:16

Mubariz Gurbanly

 

“Azərbaycanda dini radikal qruplara qarşı mübarizə bu gün də aparılır. Artıq bu mübarizənin nəticələri də var”.
Gununsesi.info xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, radikal qrupların əleyhinə aparılan təbliğat effekt verib: “Artıq qəti şəkildə demək olar ki, Azərbaycanda radikal dini qrupları ideoloji, siyasi və psixoloji baxımdan xeyli geri sala bilmişik. Onların Azərbaycanda sosial-iqtisadi bazası yox dərəcəsindədir. Eyni zamanda, gənclərimizi muzdlu əsgər kimi din adı altında xaricə aparanları da neytrallaşdırmışıq. Bu məsələdə hüquq-mühafizə orqanları çox səmərəli işlədi. Biz bundan sonra da üzərimizə düşəni yerinə yetirəcəyik. Dini radikalların Azərbaycanda hər hansı fəaliyyətinə imkan verməyəcəyik. Onların siyasi sabitliyi, ictimai asayişi pozmasına cəmiyyət və dövlət imkan verməz”. (APA)