Banqladeşdə “üzən məktəb” - VİDEO

  • By admin
  • 18 İyun 2016 12:09

okul1

 

Banqledeşdə Musson yağışlarının başlaması ilə su altında qalan ərazilərdə uşaqların təhsil prosesi üzən məktəblərdə davam etdirilir. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal hissələrində 20-yə yaxın məktəb bu cür tədris prosesi həyata keçirir.

Banqladeş ərazisinin 30%-dən çoxu dəniz səviyyəsindən yüksəkdə yerləşir. İyun və oktyabr ayları arasındakı müddətdə Musson yağışlarının təsirindən ölkə rəhbərliyi bu cür vasitəyə əl atıb.
Hazırda 20 bu cür məktəb 10 kitabxana ilə birlikdə uşaqlar üçün, 7 üzən məktəb isə yüniyetmələr üçün fəaliyyət göstərir.

Üzən məktəb dəniz taksisi vəzifəsini yerinə yetirərək balacaları bir-bir toplayıb təhsil verir. Bir qayıqda 30 və ya daha artıq şagird təhsil alır. Onlar əsas fənlərlə yanaşı kitabxana vəsaitlərindən və laptopla internetdən də istifadə edirlər.

 

Banqladeşin bu addımını digər böyük ölkələr də nümunə götürərək həyata keçirib. Hazırda Nigeriya, Filippin, Pakistan, Vyetnam, Komboca Namibiya kimi ölkələr bu cür tədris prosesinə müraciət edib.

Gununsesi.info

Arzu Səyyad

 

okula

 

Uzen mekteb

 

Students of class one on the boat school, pose for a photograph, after the end of their classes. The floating boat school moves from one area to another and goes to the children for giving education as the children don't go to the traditional school because of lack of communication during flooding, Billdohor, Natore.Billdohor, Natore.

 

mucit

 

okul1