Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni kəndinin atəşə tutulması ilə bağlı yaydığı xəbərə münasibət bildirib

  • Müəllif: admin
  • 27 Fevral 2018 21:14


“Bu, ermənilərin növbəti dezinformasiyasıdır”.

Bunu Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbəri şərh edərkən bildiriblər.

“Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar”, – Nazirlikdən qeyd edilib.

 

Gununsesi.info