Müğənni Aynur Dadaşova "5/5" -in qonağı olub

  • Müəllif: admin
  • 26 May 2018 16:17

Sənətdən tez-tez uzaqlaşan müğənni Aynur Dadaşova yenidən qayıdıb. 

Gununsesi.info-nun axşam.az-a istinadən məlumatına görə, sənətçi “5/5” verilişinin qonağı olub. Aparıcı Zaur Kamalın “Yenə kiminləsə dalaşırsan, efirə çıxırsan? Kiminləsə dava edəndə efirə gəlir” sözlərinə Aynur belə cavab verib:

“Məni yenə dilə salma. Özüm istəmədim deyə efirə çıxmadım. 7-8 il efirdən uzaq qaldım. Başqa sanballı suallar verin”.