Sahib İbrahimov: “Səviyyəsini müəyyənləşdirmək üçün onların özünə jüri lazımdır”

  • By admin
  • 04 İyun 2016 11:10

Sahib Ibrahimov

Müğənni Sahib İbrahimov tanınmış ifaçıları tənqid edib.

Gununsesi.info xəbər verir ki, Xəzər Televiziyasında yayımlanan “Starlife”  verilişində müsahibə verən müğənni bəzi ifaçıların savadsızlığından gileylənib.  Müğənni münsiflər heyətində  əyləşən sənətçilərin o kürsünü heç də haqq etmədiyini söyləyib.

“Jüridə əyləşən müğənnilərin musiqi təhsili olmalıdır. Təssüf  ki, bəzilərində bu savad yoxdur. İfalarının səviyyəsini müəyyənləşdirmək üçün onların özünə jüri lazımdır. Bəzi musiqi yarışmalarına baxıb çox təəssüflənirəm. Onlar yəqin veriliş reytinq yığsın deyə,  əyləşdirilib.”

Nəzərə alsaq ki, son zamanlar  efirimizdə  “O səs Azərbaycan”  yarışmasından başqa heç bir musiqi müsabiqəsi yayımlanmayıb,  o zaman kimlərin atəşə tutulduğunu təxmin etmək heç də çətin deyil”.

Sevinc Xeyrulla