Elçibəy: “Etibar, gəl, səni Baş nazir təyin edim, sonra gec olacaq!”

  • By admin
  • 04 İyun 2016 10:57

a

AXC fəalı Ülvi Həkimov öz facebook səhifəsində Etibar Məmmədovun 4 iyun qiyamı ilə bağlı açıqlamarına mövqeyini bildirib. Gununsesi.info xəbər verir ki, o qeyd edib ki, Əbülfəz Elçibəy Etibar Məmmədova 17 iyun 1993-cü ildə Kələkiyə getməmişdən 4 saat öncə H.Əliyev, R.Quliyevin yanında “Etibar, gəl, indi sənin fərmanını imzalayım Baş Nazir vəzifəsinə….sonra gec olacaq!” O bildirib ki, Etibar Məmmədov danışdıqca özünü bitirir. Azərbaycanın qara ləkəsi olan ve qanuni hakimiyyətin devrilməsində 4 iyun qiyamına cinayətkarcasına dəstək verərək özünə gülməli haqq qazandırmağa çalışan Etibar Məmmədov guya Elçibəyə birgə ölməyi təklif edib!? Nə bilim qiyam yatırıldıqdan sonra güya onu məhv edəcəklərmiş… Bu adam hər zaman cümlənin axırında deyiləcək sözləri əvvəldə deyir. 7 iyun 1993-cü ildə mən və Rövşən Ağayev prezident Elçibəyin tapşırığı ilə AMİP-in qərərgahında Etibar Məmmədov və onun yaxın “adamları” (sonradan bəlli oldu ki, bu dəstə H.Əliyevin çevrəsi imiş) ilə görüşdük. Onlara ana müxalifət kimi yaranmış vəziyyətdən çıxmaq yolu kimi koalisyon hokümətin qurulması, hakimiyyətin bölünməsi Etibar Məmmədova baş nazir postunun verilməsi (14 iyun 1993) və s. təklif olundu. Əsas təklif kimi Etibar Məmmədovun prezidentlə görüşməsi və PA-na dəvət olunması idi. Gözləmədiyimiz halda bu dəstənin özlərini yekaxana aparması və yumşaq desəm, tərbiyəsizlikləri oldu. Özlərindən razı olan bu girdirmə “ana müxalifət” Elçibəyə gülməli şərtlər sürürdü. Bu tərbiyəsiz dəstə Elçibəyin qururu və şərəfi ilə oynayırdı… “qoy mənə şəxsən zəng edib təklifləri desin və dəvət etsin… biz müzakirə edək, cavabımızı verək və s.”.  Onu da bildirim ki, İsa Qəmbər bunların boğazında elə bil kal armud idi, qalmışdı. Hey, İsa bəyin qiybətini edirdilər. O qərərgahdakı Etibar Məmmədovla ayrılanda son sözüm bu oldu ki, “Bəy, ayıbdır, Əbülfəz bəy sənin müəllimin olub, silahdaş olmusan, gəl, gedək görüşək və s”. Sonda “sənin problemin cümlənin sonunda deyiləcək sözləri əvvəl deməyindir… elə bu cür davranışların səni AXC-dən və sonrada hakimiyyətdən uzaqlaşdırdı” nə isə… Bəlli oldu ki, bunlar elə qiyamın tərkib hissəsi imiş siyasi-hərbi müxalifət. Və sonda elə Elçibəy Etibar Məmmədova 17 iyun 1993-cü ildə Kələkiyə getməmişdən 4 saat öncə H. Əliyev, R.Quliyevin yanında “Etibar, gəl, indi sənin fərmanını imzalayım Baş Nazir vəzifəsinə… sonra gec olacaq!”. Cığal Etibar isə hər zamankı kimi səlahiyyət davası və s. danışırdı. Hətta Əbülfəz bəy “bu səlahiyyət məsələləri sonra həll etmək olar” , – deyərək Etibar Məmmədovun baş nazir postuna təyin edilməsi barədə fərmana qol çəkmək istəyərkən H. Əliyev əlindən tutaraq müzakirə edib sabah gələrik… Beləcə Etibar Məmmədov razılaşıb sabah gələrik deyib getdi… Etibar Məmmədov 4 iyun qiyamına siyasi və hərbi dəstək verdiyinə görə, vicdan əzabı çəkib çəkmədiyini bilmirəm… amma onu dəqiq bilirəm ki, o, gələcəkdə qanun qarşısında cavab verəcək.