
Britaniyalı teleaparıcı və müğənni Cemma Kollinz şou qalibini elan edərkən birdən səhnənin sınması nəticəsində səhnənin altına yıxılıb.
Gununsesi.info The Sun-a istinadən xəbər verir ki, müğənni Cemma Kollinz BBC Radio 1 Teen Awards-da şounun qaliblərini elan edərkən ayağı büdrəyib və səhnədən yıxılıb. Hadisə qalibin səhnəyə qalxması zamanı baş verib.
Müğənninin yıxılması sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Kollinz özü yıxılan zaman ciddi zədə almadığını desə də, hadisə ilə bağlı BBC-ni məhkəməyə verəcəyini bəyan edib: “Mən şokdayam. Möcüzə nəticəsində sağ qaldım. Ölə və ya şikəst ola bilərdim”.
https://www.youtube.com/watch?time_continue=8&v=xZsBXyLwS54
Gununsesi.info












