Sabah Bakıda çiskinli yağış yağacaq - METEOHƏSSAS İNSANLARA XƏBƏRDARLIQ

  • Müəllif: admin
  • 24 Oktyabr 2017 12:18

duman

Oktyabrın 25-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək.

ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 11-14° isti, gündüz  18-22° isti, Bakıda gecə  11-13°, gündüz  20-22° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 764  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət   gecə 75-85 %, gündüz 55-65 %  olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlarda  narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Gununsesi.info