
Türkiyəli məşhur müğənni İrem Derici sosial şəbəkədə marağa səbəb olacaq şəkil paylaşıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə keçən kəskin isti hava şəraitinə dözə bilməyən müğənni çıxış yolunu soyuducunun içinə girməkdə görüb.
Belə ki, İrem Derici soyuduçunun içində çəkdiyi şəkili öz “İnstaqram” hesabında paylaşaraq altında bunları yazıb: “Həqiqətən çox istidir”.
Qeyd edək ki, paylaşım qısa müddətdə ərzində təxminən 20 min insan tərəfindən bəyənilib.

Anar
Gununsesi.info












