Müharibə veteranı cinsiyyətini dəyişdi - HƏRBÇİ HƏYAT YOLDAŞINI İTİRDİKDƏN SONRA QADIN OLMAQ QƏRARINA GƏLİB

  • By admin
  • 03 Aprel 2017 22:05

kisi herbci qadin oldu

İkinci Dünya Müharibəsində iştirak edən ingilis hərbçisi Piter Devis 90 yaşında qadın olub.

Gununsesi.info axsam.az-a istinadən xəbər verir ki, o, bu qərara 63 illik həyat yoldaşını itirdikdən sonra gəlib.

Devis bildirib ki, o, özünü 3 yaşından bəri qız kimi hiss edib. Lakin bunu hamıdan gizli saxlayıb. Uzun illər bu sirri özündə saxlayan Piter qadın olduqdan sonra adını da dəyişərək Patrisia qoyub.

Keçmiş hərbçinin sözlərinə görə, 63 ilik evlilik müddətində həyat yoldaşı evdə olmadığı zaman onun aksessuarlarını taxıb, geyimlərini geyinib, aynanın qarşısına keçərək makiyaj edib, dırnaqlarına boya sürtüb. Xanımı gəlmədən isə hamısını təmizləyib.

Piter qeyd edib ki, bu qərarının gecikməsinin əsas səbəbi insanların verəcəyi reaksiya olub.

Gununsesi.info