Qazaxda avtomobil şini partlayıb, iki nəfər xəsarət alıb

  • Müəllif: admin
  • 03 Aprel 2017 22:09

tecili-yardim

 

Qazaxda təkər təmiri sexində işləyən iki nəfər xəsarət alıb.

APA-nın verdiyi məlumata görə, hadisə Qazax şəhərində qeydə alınıb. Təkər təmiri sexində avtomobil təkərinə hava vuran zaman şin partlayıb.

Hadisə zamanı sexdə işləyən Kamuna kənd sakini, 1964-cü il təvəllüdlü Elçin Axundov və Ağköynək kənd sakini 1985-ci il təvəllüdlü Əmiraslan Əmiraslanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info