Müharibədə SON DURUM: ruslar ağır itkilər verdi - VİDEO

  • By admin
  • 06 Mart 2022 11:01

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 11-ci günü ilə bağlı məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, məlumatda Ukrayna Silahlı Qüvvələri və Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bölmələrinin müəyyən sərhədləri qorumaq üçün qızğın döyüşlər apardıqları qeyd olunub.

“İtkilər verən düşmən daim qoşunlarımızla birbaşa atəş təmasından yayınmağa çalışır. O cümlədən, Müdafiə Qoşunları işğalçı qüvvələrin hücumunun dəf edilməsi, maksimum itki verməsi, işğalın qarşısının alınması, dövlətin ərazilərinin mühafizəsi üçün əlverişli şəraitin yaradılması məqsədilə Cənub, Şərq və Şimal əməliyyat zonalarında müdafiə əməliyyatı həyata keçirir. Qoşunlarımız onları məğlubiyyətə uğradıb nəzarəti bərpa edir, itirilmiş ərazilərdə düşmənin hava hücumu vasitələrinin zərbələrini dəf edir. Birləşmiş Qüvvələr qrupu Donetsk əməliyyat dairəsinin şərq hissəsində müdafiə əməliyyatı aparır.

Əsas səylər Mariupolun müdafiəsinə və düşmən qüvvələrinin böyük hissəsinin məhv edilməsinə yönəlib. Digər qruplar isə Slobojanskidə və Tavriya istiqamətlərinin şərq hissəsində müdafiə əməliyyatı aparır. Xüsusilə, Silahlı Qüvvələr Balakliyadan Dnepropetrovsk vilayətinə doğru irəliləməyə çalışan düşmən kolonlarının qarşısını alıblar” – məlumatda deyilir.

Baş Qərargahın yaydığı məlumata görə, Siversski rayonunda Çerniqovun müdafiəsi üzrə əməliyyat aparılır, Volın vilayətində isə Ukraynanın dövlət sərhədi boyunca müdafiə zonasının yaradılması üçün tədbirlər görülür:

“Sahil istiqamətində Qara dənizdəki bazaların və dəniz limanlarının mühafizəsi aparılır. Belə ki, Nikolayev vilayətində düşmənin xeyli sayda zirehli texnikasının ələ keçirilərək əməliyyatın aparılması planlaşdırılırdı. Digər ərazilərdə isə düşmən təxribat-kəşfiyyat qruplarının hücum fəaliyyətinin qarşısının alınması məqsədilə Silahlı Qüvvələrin birlik və bölmələri tərəfindən sabitləşdirmə əməliyyatı keçirilir, ərazi müdafiəsi tapşırıqları yerinə yetirilir”.

Ukrayna Hərbi Hava Qüvvələri öz səylərini düşmənin raket və hava zərbələrini dəf etməyə, Ukraynanın mühüm obyektlərinin və qoşun qruplarının hava məkanının müdafiəsinə yönəldib. Səhər saat 6:00-a (Bakı vaxtı ilə 08:00 – red.) olan məlumata görə, ümumilikdə Rusiya ordusuna məxsus 88 təyyarə və helikopter məhv edilib. Düşmən hücum potensialını itirir, hazırkı vəziyyətdə silah, texnika və şəxsi heyət baxımından böyük itkilər var. Ukrayna xalqının müqaviməti nəticəsində düşmən ruhdan düşüb və itki verməkdə davam edir” – Baş Qərargahın məlumatında qeyd edilib.

Gununsesi.info