Ruslar Xarkovu yenidən vurdular - VİDEO

  • By admin
  • 06 Mart 2022 11:09

Kiyev vaxtı ilə səhər saat 5 radələrində Ukrayna Teleqram kanalları Xarkov şəhəri üzərində təyyarənin uçduğunu və partalışların olduğunu yazıblar.

Gununsesi.info xəbər verir ki, partlayışların Aleksiyivka, “Yeni Evlər”, HTZ, Saltivka, 23 Avqust ərazilərində və şəhərin mərkəzində eşidildiyi bildirilir.

“Xarkov üzərində təyyarə uçur, yenə partlayışlar eşidilir. Sığınacaqlarda qalın”, – “Суспільне.Харків” Teleqram kanalı yazıb.

Bundan əlavə, “Труха” Teleqram kanalı gecə saatlarında Xarkovun bombalanmasının nəticələrini əks etdirən videonu dərc edib.

Gununsesi.info