Müharibəyə görə ruslara 1700-dən çox cinayət işi açıldı

  • By admin
  • 13 Mart 2022 12:12

Rusiyanın Ukrayna ərazisində törətdiyi 1700-dən çox hərbi cinayət araşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova bildirib.

“Prokurorluq bizim ərazimizdə Rusiyanın hər bir hərbi cinayətini qeydə alır. Hazırda 1717 cinayət işi araşdırılır”, – o qeyd edib.

Onun sözlərinə görə, araşdırılan işlərdən 1059-u müharibə qaydalarının pozulması, 658-i isə digər cinayətlərə aiddir.

Gununsesi.info