“Münaqişənin sülh yolu ilə nizamlanması üçün vasitəçilik yardımını göstərməyə davam edəcəyik” - RUSİYA XİN

  • Müəllif: admin
  • 27 Dekabr 2017 16:08

Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin aktivləşdirilməsini alqışlayır.

Gununsesi.info-nun “report”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin “İnterfaks”a müsahibəsində bildirib.

“Rusiya danışıqlar prosesinin aktivləşdirilməsini, o cümlədən qarşıdakı nazirlər görüşünü (2018-ci il yanvar ayının ikinci yarısında – red.) alqışlayır və danışıqların məhsuldar alınmasında maraqlıdır”, – Q.Karasin deyib.

Onun sözlərinə görə, Rusiya münaqişənin Bakı və İrəvanın mövcud razılaşmalar əsasında güzəştli həlli yollarını axtarmaq səylərini dəstəkləyir: “Minsk Qrupunun həmsədrliyi üzrə öz tərəfimizdən tərəfdaşlarla birlikdə münaqişənin sülh yolu ilə nizamlanması üçün vasitəçilik yardımını göstərməyə davam edəcəyik”.

O, dekabrın əvvəlində Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin hələlik konsensusa gəlmək mümkün olmayan məsələləri müzakirə etdiklərini xatırladıb: “Münaqişə zonasında vəziyyətin gərginləşməsinin qarşısının alınması üçün mümkün addımlar nəzərdən keçirilib. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verilib. Dağlıq Qarabağ münaqişəsinin bu və digər məsələləri ətrafında müzakirələri 2018-ci ilin yanvar ayında vasitəçilərin iştirakı ilə davam etdirmək barədə nazirlər razılığa gəliblər”.

Gununsesi.info