Murad Bozun mahnıları azyaşlı qızı xilas etdi - MÜĞƏNNİNİN FANATI ƏMƏLİYYATA KUMİRİNİN MAHNILARI İLƏ GETDİ

  • By admin
  • 19 Mart 2017 20:01

murad boz fanati

Berlində 13 yaşlı Ti Visalija adlı qızın başına iş gəlib.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, idman dərsində qız yıxılaraq dirsəyini və çiynini sındırıb.

Müğənni Murad Bozun fanatı olan qız 7 saat əməliyyatda olarkən valideynlərinin xahişi ilə xəstəxanada sənətçinin mahnıları yüksək səslə oxunub.

Həkimlərin böyük səyi nəticəsində əməliyyat uğurla keçib və qızın vəziyyəti yaxşılaşıb. Valideynləri isə Tinin həyatda qalmasının əsl səbəbinin Muradın mahnılarının olduğunu deyirlər.

Yavaş-yavaş özünə gələn qız Murat Bozdan mənəvi dəstək üçün bir video da gözləyir.

Gununsesi.info