Muraddan sonra Merve də sevgili tapdı

  • By admin
  • 17 Fevral 2018 21:48


Aktrisa Merve Boluğur 4 aylıq tənhalığına son qoyub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa iş adamı Emir Aydemirlə münasibətə başlayıb. Merve bu yaxınlarda iş adamının evində təşkil edilən partiyə də qatılıb. Bundan başqa, Boluğur Sevgililər günündə ona göndərilmiş güllərin fotosunu paylaşaraq “Love it” yazmışdı.

Qeyd edək ki, Merve Boluğur müğənni Murad Dalkılıçdan ötən ilin sentyabrında boşanıb. Murad bu yaxınlarda aktrisa Hande Erçellə münasibətə başlayıb.

Gununsesi.info