Müsəlman qadın Trampın qərarına etiraz etdi

  • Müəllif: admin
  • 27 İyun 2019 09:49

Amerika-İslam Əlaqələr Şurası (CAIR) ABŞ Konqresinin qarşısında Ali Məhkəmənin ABŞ prezidenti Tramp tərəfindən irəli sürülmüş “Müsəlmanlar üçün viza qadağası” qərarının Ali Məhkəmə tərəfindən təsdiqlənməsinin 1-ci ilində etiraz aksiyası keçirib.

Gununsesi.org  CNN-ə istinadla xəbər verir ki, aksiyada CAIR rəhbərləri və Konqresin ilk müsəlman qadın üzvü İlhan Ömər də iştirak edib.

CAIR-in Əlaqələr Direktoru İbrahim Hooper çıxış edərək bildirib ki, Ali Məhkəmə bu qərarı ləğv etməyənədək mübarizə davam edəcək.

İlhan Ömər isə qeyd edib ki, Tramp islamofobiya istiqamətində bir çox addımlar atdıb: “Hələ seçkilər ərəfəsində Tramp müsəlmanların ABŞ-a girişinin tam qadağan edəcəyini vəd vermişdi”.

Qeyd edək ki, Tramın sözügedən qərarı Ali Məhkəmə tərəfindən 2018-ci il, iyunun 26-da 4/5 səslə təsdiqlənmişdi.

Gununsesi.org