Musa Quliyev Qırğızıstanda referendumu müşahidə edəcək

  • By admin
  • 08 Dekabr 2016 11:15

musa-urud

Milli Məclisin deputatı Musa Quliyev dekabrın 9-da Qırğızıstanın paytaxtı Bişkekə səfərə gedəcək.

Milli Məclisin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, millət vəkili Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu MDB Parlament Assambleyasının və MDB-nin Icraiyyə komitəsinin xətti ilə müşahidə edəcək.

Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək.

Səfər dekabrın 13-də başa çatacaq.

Anar

Gununsesi.info