Musabəyovların əsrlərdir dəyişməyən anti-türk mövqeləri

  • By admin
  • 13 Avqust 2021 09:07

Unutqan və tarixinə laqeyd olan bir millət olduğumuz üçün tariximizin bir çox önəmli məqamlarını bilmirik. Xüsusi ilə də millətimizə xainlik edən şəxsləri. 

Bu tarixi faktlardan biri də “seçilmiş” deputat Rasim Musabəyovun öyərək anlatdığı babası Qəzənfər Musabəyovla bağlıdır. Kimdir Qəzənfər Musabəyov?

1918-ci il Mart qırğınını Şəhər kommunasının sədri Şaumyanın əmri ilə həyata keçirən əsas təşkilatçılar sırasında yer alanlardan biri də,  Bakının hərbi komendantı Qəzənfər Musabəyov idi. Dövrün kişilərindən fərqli olaraq Qəzənfər Musabəyov müstəqil dövlətimizin qurulub inkişaf etdirilməsi yolunda deyil də, hökumətimizin dağılması uğrunda ruslara saysız xidmətlər göstərmişdir.

İllər sonra eyni qanı daşıyan Rasim Musabəyov da babasının dəyərlərinə sadiq qaldı. Musabəyovlarla bağlı dəyərləri ifadə edərkən şəxsi mənfəətləri uğruna əqidə dəyişmələrini nəzərdə tuturuq təbii ki. 1992-ci ildə Müsavat Partiyasının Divan üzvü olan Rasim Musabəyov bir anda kartların dəyişdiyini görüb keçdi hazırki YAP hökumətinə.

Bu gün isə həmin “seçilmiş” deputat  İsfəndiyar Vəhabzadə barəsində “Mənim fikrimcə, İsfəndiyar Vaqabzadə tamamilə diplomatik olmayan davranışlara və baxışlara malik bir insandır. Yüksək vəzifələrdə çalışmasına və bir çox ölkələrdə səfir olmasına baxmayaraq, o, sadəcə bir “mudak”dır. Mən hesab etmirəm ki, Azərbaycan Rusiya ilə münasibətlərini Vəhabzadənin söylədiyi cəfəngiyatlara əsaslanaraq qurur” fikirlərini səsləndirib.

Xalq olaraq bu gün danışığını bilməyən, küçə ağzıyla danışan insanların Milli Məclisimizdə mandat sahibi olmasının günahkarı da, babası ruslara xidmət edən şəxsin, babası vətən, millət uğruna saysız xidmətlər edən şəxsə qarşı bu cür nalayiq və əsassız fikirlər səsləndirməsinin də günahkarı elə bizik. Çünki, Rasim Musabəyov kimilərinin cavabını zamanında versəydik indi nə o deputat kreslosunda oturacaqdı, nə də vətən övladını təhqir edəcəkdi.

Qeyd edək ki, Rasim Musabəyov bir müddət öncə “Türkiyə əsgəri Qarabağda olmamalıdır” kimi anti-türk fikirlərini də ictimayyətlə bölüşmüşdü.

Rasim Musabəyovla İsfəndiyar Vəhabzadənin arasındakı polemikada səhvi və ya düzü araşdırmağa ehtiyac yoxdur. Hər iki şəxsin də babalarına baxsaq o zaman kimin kim olduğunu görəsiyik. Biri vətən, millət nədir bilməyən Qəzənfər Musabəyov, digəri də dahi şəxsiyyət Bəxtiyar Vahabzadə.

Gununsesi.info