Müsavat seçkiyə bu namizədlərlə gedir: Eks-deputatlar, professorlar, jurnalistlər, politoloqlar…

  • Müəllif: admin
  • 11 Dekabr 2019 10:56

“Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik”.

Gununsesi.org xəbər verir ki, bunu Müsavat partiyasının başqanı Arif Hacılı şəxsi feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, namizədlər arasında müxtəlif sahədən təmsil olunan şəxslər var: “Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var. Həftə sonunadək Azərbaycan parlamentində görmək istədiyimiz möhtəşəm tərkibi, dairələr üzrə adaylarımızın tam siyahısı elan ediləcək. Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun”.

Gununsesi.org