
Müşfiq Abbasov və Rafael İsgəndərov dünya liderləri ilə birlikdə olublar. Gününsəsi.info xəbər veriri ki, prodüser Müşfiq Abbasov və Rafael İsgəndərov sosial şəbəkə vasitəsilə məzəli foto paylaşıblar. Fotoşop proqramının köməkliyi ilə özlərini dünya liderləri ilə bir süfrə arxasına toplayaraq şərh veriblər:
“Özümüz. İftar party”
Lakin bu paylaşım birmənalı qarşılanmayıb. İstifadəçilər müqəddəs Ramazan ayında iftar süfrəsinin lağa qoyulmasını qəbul edilməz sayıblar.
Sevinc Xeyrulla