
Müğənni Mustafa Ceceli həyat yoldaşı Selin İmerin hamilə olması xəbərinə aydınlıq gətirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ifaçı İnstaqram hesabında status yerləşdirib:
“Dəyərli, dostlar. Xanımın və mən hələ ki, uşaq haqda düşünmürük. Mediada çıxan bu və buna bənzər xəbərlərin hamısı əsassızdır”.
Qeyd edək ki, son zamanlar Selinin kökəlməsi və Mustafanın 5 min lirəyə filippinli dayə tutması İmerin hamilə olması dedi-qodularına gətirib çıxarıb. Bəzi mənbələr, hətta, onun 4-5 həftəlik hamilə olmasını qeyd edib.
Xatırladaq ki, mayda 9 illik həyat yoldaşı Sinem Gedikdən boşanan Cecelinin bir oğlu var.
Gununsesi.info












