
Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev naharda iştirak edib.
Azərbaycan prezidenti İlham Əliyevin Soçi şəhərinə səfəri oktyabrın 11-də başa çatıb.
Gununsesi.info










