Müxalifət liderləri niyə kütləvi şəkildə “bandotdel”ə çağrılır? - DİN RƏSMİ AÇIQLAMA YAYACAQ

  • By admin
  • 14 Oktyabr 2016 11:16

millisura

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri  Eldəniz Quliyev, Oktay Gülalıyev, Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədlidən sonra  Müsavat Partiyasının başqanı Arif Hacılı da oktyabrın 14-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

HTML tutorial

Gununsesi.info müxalifət liderlərinin kütləvi şəkildə BMCMİ-yə çağırılma səbəbbini aydınlaşdırmaq üçün DİN mətbuat xidmətinə sorğu verib. DİN  mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov sorguya cavab olaraq bildirib ki, BMCMİ tərfindən sözügedən şəxslərə  belə bir dəvət olubsa, tədbirdən sonra  onların şaöırılma səbəbi haqda mütləq DİN açıqlama verəcək.

Qeyd edək ki,  bir qurup müxalifət lideri oktyabrın 14-də  Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıblar. BMCQMİ-nin İstintaq Şöbəsinin rəis müavini  Canpolad Daanov adı çəkilən şəxsləri saat 10:30-dan yarım saat intervalla  idarəyə dəvət edib.

Xatırladaq ki,  bu haqda məlumatı həmin şəxslər spsial şəbəkədəki səhifələrindən  yayıblar. Amma hansı səbəbdən çağrılmaları barədə onlara məlumat verilməyib.

Gülnaz Qənbərli

Gununsesi.info