Myanmada öldürülən etirazçıların sayı 557 nəfərə çatdı

  • By admin
  • 03 Aprel 2021 22:32

Myanmada fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 557 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Myanmanın Siyasi Məhbuslarına Yardım Assosiasiyasının hesabatında deyilir.

Assosiasiyanın məlumatına görə, gün ərzində 110 nəfər azad edilsə də, 2 658 etirazçı hələ də həbsxanadadır. Bundan başqa 38 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, 235 nümayişçinin saxlanılması ilə bağlı qərar qəbul edilib.

“Save the Children” beynəlxalq xeyriyyə fondu bildirib ki, həlak olanların 43-ü azyaşlıdır.

Gununsesi.info