“Nəcməddin Sadıxov azad edilən əraziləri təcili ermənilərə geri qaytarmağı əmr etdi” : - GENERALDAN ŞOK İDDİA

  • By admin
  • 15 Fevral 2022 16:03

Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev Nəcməddin Sadıqovla bağlı sensasion  məlumatlar yayıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Altay Mehdiyev özünün sosial şəbəkə səhifəsində yazıb. Yazını olduğu kimi təqdim edirik.

“Bildirmək istəyirəm ki, xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən qanunsuzlara baxmayaraq, rəhbərliyim altında çoxlu sayda çox uğurlu əməliyyatlar keçirməyə nail olmuşuq. Çox uğurlu o deməkdir ki, belə əməliyyatlar zamanı bir nəfər də olsun itki verilmir.

Ən uğurlu əməliyyatlarımızdan biri də, 2003-cü ildə rəhbərliyim altında, düşmənin nəzarəti altında olan Buzqov dağı-Havuç kəndi arasında 70 kv.km-ə yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etməyimiz olmuşdu. Qəbul etdiyimiz əsaslandırılmış qərar, real vəziyyətə uyğun olaraq hazırladığımız döyüş planı, döyüş planına uyğun olaraq keçirdiyimiz təlimlər, əməliyyata cəlb olunan bölmələrin hazırlığı, döyüş ərazisində qabaqcadan gördüyümüz ağlabatmaz mühəndis işləri, şəxsi heyət tərəfindən məxfilik rejiminə tam şəkildə riayət olunması və nəhayət qarşımızda duran lovğa, özündən razı, heç bir hazırlığı olmayan, Qarabağ müharibəsinin ilk günlərində bizim səhvlərimiz hesabına təsadüfi “qələbə” qazanan düşmənin durumu – bizə bu əməliyyatı çox uğurlu keçirməyimiz üçün  əsas verirdi.

Bəli, bu əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik!!!

Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında, yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş qərərgah rəisi vəzifəsində olan general Sadıqov Nəcməddin mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzzəbli bir tərzdə soruşdu:

– Siz haradasınıız? Nə ilə məşğulsunuz?

– Ön xətdə! Müdafiə xəttini möhkəmləndirməklə!

– Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş qərərgah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib “torpaqlarını” zəbt etmisiniz. İrəvanda prezident aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm – “Təcili olaraq əvvəlki vəziyyətə qayıdın!”

Mən onun “əmrinə” məhəl qoymadan çox uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim.

Ən maraqlısı odur ki, general Sadıqov çox gözəl bilirdi ki, Naxçıvan MR keçirdiyimiz bütün tədbirlər Ali Məclisin sədri cənab Vasif Talıbovun şəxsən tapşırığı, razılığı və nəzarəti altında, qarşımıza qoyduğu “ƏGƏR TORPAQLAR BİZİMDİRSƏ, O TORPAQLARA BİZ NƏZARƏT ETMƏLİYİK” – tələbi altında həyata keçirilirdi. Bütün bunlara baxmayaraq, yenə də digər istiqamətdə olduğu kimi Naxçıvan MR da istədiyini həyata keçirməyə çalışırdı.

Əks halda, qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə, hələ 1994-0 cü ilin yanvar ayında yaşadığım problemləri yenidən mənə yaşadacaq idi.

Belə ki, 1993 dekabr- 1994 -cü ilin anvar aylarında Tərtər istiqamətində briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə Nazirliyindən xəbərsiz, öz qərarımla, bir-neçə kəndi azad etdiyimə görə general Sadıqovun yanvar ayının 27- də general Vasyak və iki polkovnikə Tərtərə gələrək məni Briqada komandiri vəzifəsindən uzaqlaşdıraraq, bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər. Narazılığını bildirdikdə, general Sadıqovun təklifi, MN general Məmmədrəfi Məmmədovun əmri ilə məni tutduğum vəzifədən azad edərək başqa hərbi hissəyə, aşağı vəzifəyə təyin etdilər.

Bu və bunun kimi yüzlərlə faktlara görə general Sadıqov məni xidmət etdiyim bütün müddət ərzində heç cürə qəbul edə, bağışlaya bilmirdi. Mənə qarşı tədbirlər görməyə isə o zamanlar səlahətləri kifayət etmirdi.

Ən dəhşətlisi isə odur ki, son zamanlar onun səlahiyyətləri həndəsi silsilə ilə artmağa başladı.

Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev  İkinci Qarabağ müharibəsində,  onun rəhbərliyi tərəfindən döyüşlərin planlaşdırılmasında, idarə olunmasında, döyüş və arxa cəbhə təminatında yol verdiyi uğursuzluqları nəzərə alaraq, bir neçə yuxarı vəzifəli şəxslərlə birlikdə tutduqları vəzifələrindən azad etdi.

Lakin çox əfsuslar olsun ki, Ali Baş Komandan tərəfindən general Sadıqov Nəcməddin ordudan uzaqlaşdırılana qədər yüzlərlə yüksək rütbəli və vəzifəli vətənpərvər zabitlərimizi müxtəlif yollarla Ordumuzdan uzaqlaşdırmaqla  Ordu quruculuğuna, Ordumuzun inkişafına 0 qədər ziyan vurdu ki…”

 

Gununsesi.info