Nəhəng mamont tapıldı – FOTO

  • By admin
  • 27 İyun 2016 13:35

mamont

 

Meksikalı arxeoloqlar paytaxt Mexikonun yaxınlığında daşlaşmış mamont sümükləri aşkarlayıblar.

Gununsesi.info Daily Mail-ə istinadən bildirir ki, sümüklər tam təsadüfən, Tultepek kəndinin ətrafında drenaj boruları çəkərkən fəhlələr tərəfindən görülüb. Qazma işləri dayandırılıb və hadisə yerinə arxeoloqlar çağırılıblar.

İlkin məlumatlara görə, mamont sümüklərinin təqribən 14 min il yaşı var. 5 metr hündürlüyü olan mamontun ağırlığı 10 ton imiş.

Arxeoloq Luis Kordobanın dediyinə görə, mamontun 20-25 yaşı varmış.

Mamontun qədim insanlar tərəfindən ətinə və dərisinə görə öldürüldüyü güman olunur.

Digər mamont qalıqları isə dərinliyi çox olmayan gölün yaxınlığında aşkarlanıb.

“Kolumbiya mamontu” adlanan bu heyvan indiki ABŞ və Mərkəzi Amerika ərazilərində qədimlərdə yaşayıb.

Gununsesi.info