Namiq Həsənov haqqındakı ev iddiaları ilə bağlı danışdı - AÇIQLAMA (EKSKLÜZİV)

  • By admin
  • 22 İyun 2016 16:58

namiq_hesenov_05

 

Bu gün mətbuatda Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun evinin əlindən alınması ilə bağlı xəbərlər yayılıb. Gununsesi.info məsələni araşdırmaq üçün  Namiq Həsənovun özü ilə əlaqə saxlayıb.  O, açıqlamasında mənzilinin əlindən alınmadığını qeyd edərək, yayılan xəbərlərin heç bir əsasının olmadığını söyləyib.

“Məlumatlar tamamilə əsassızdır. Ailələrin çölə atılmasından xəbərdaram. Mənzilin mənə ümumiyyətlə aidiyyəti yoxdur. Mən ictimaiyyət arasında tanınan birisi olduğumdan qalmaqallı məsələ ilə bağlı mənə üz tutublar. 3 il bundan qabaq mənzil notariusla başqa bir adama satılaraq adına keçirilib.