Dünyaca məşhur Pablo Pikassonun əsəri Londonun “Sotheby’s” hərracında 43 milyon funt-sterlinqə (təxminən 63,5 milyon dollar) satılaraq rekord müəyyən edib. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu cür yüksək qiymətə rəssam Fernanda Olivyenin sevgilisinin təsvir olunduğu “Oturan qadın” əsəri layiq görülüb. Əsərə ilkin olaraq 41 milyon dollar qiymət qoyulmuşdu. Rəsm indiyədək hərraclarda satılan kubizm cərəyanının ən bahalı nümunəsidir. Bu cərəyanın banisi Pablo Pikasso isə dünyanın ən bahalı rəssamı hesab edilir. Həmçinin bu lot son 5 ildə “Sotheby’s” auksionlarında satılan ən bahalı rəsm əsəri olub. Rəssam onu 1908-ci ildə çəkib.
Gülnaz Qənbərli