Napoleonun papağı hərracda satıldı — Rekord qiymət

  • By admin
  • 20 İyun 2018 18:14

Napoleonun papağı hərracda satıldı

 Fransız imperator Napoleon Bonaparta məxsus bir papaq Lion şəhərində keçirilən hərracda satışa çıxarılıb.

Gununsesi.info  “Ölkə.Az”a istinadən xəbər verir ki, papağın Fransanın İngiltərəyə məğlub olduğu Vaterlo savaşından qaldığı ehtimal edilir. Papaq Napoleonun ölümündən 200 il sonra tapılıb. Dərisi qurumuş və çat olduğu üçün yaxşı qalmayan papağın 30-40 min avroya satılacağı düşünülürdü. Amma papaq Lion hərracında 350 min avroya satılıb.

Qara qunduz dərisindən hazırlanmış papaq ikitərəfli istifadə edilə bilər. Önündə və arxasındakı işarələr məşhur dövlət xadiminin savaş vaxtı müəyyən edilməsini təmin edir.

Napoleon iqtidarda olduğu müddət ərzində papaqlarını fransız papaq istehsalçısı Poparddan alıb. O, 15 il ərzində 120 papaq alıb.