PKK-nın liderləri müşavirə zamanı məhv edildi

  • By admin
  • 20 İyun 2018 18:11

PKK-nın liderləri müşavirə zamanı məhv edildi

 Şimali İraqda yerləşən Qəndil dağlarında PKK terror təşkilatının lider heyəti məhv edilib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa şəhərində tərəfdarları qarşısında çıxışında deyib.

“Əvvəlcə biz Qəndildə on əhəmiyyətli nöqtəyə havadan zərbələr vurduq. İkinci əməliyyatın gedişatında Qəndildə müşavirə keçirən terrorçuların liderləri məhv edildi, – Ərdoğan bildirib.

Qeyd edək ki, Qəndil PKK-nın əsas qərargahı hesab olunur.