Nardaran sakini ov tüfəngini könüllü olaraq polisə təhvil verib

  • By admin
  • 21 Sentyabr 2017 11:58

ov tufengi
Nardaran qəsəbə sakini atasından qalmış 1 ədəd ov tüfəngini könüllü olaraq təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ülvi Məmmədov atasından qalmış 1 ədəd “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Anar

Gununsesi.info