Sürücü qəza törədib hadisə yerindən qaçdı

  • By admin
  • 21 Sentyabr 2017 11:52

qeza_0235

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sentyabrın 17-də Xırdalan şəhərində “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Səmayə Ağayeva vurulub və avtomobil qarşıdan gələn, Sənan Əsgərovun idarə etdiyi “Ford” markalı avtomobilə çırpılıb. Nəticədə S.Ağayeva hadisə yerində ölüb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi zamanı hadisə yerini tərk etməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü – Bakı şəhər sakini Orxan Ruzpeykara tutulub.

Anar

Gununsesi.info