Narkoman taksi sürücüsü saxlanıldı

  • By admin
  • 27 Oktyabr 2022 10:24

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd edilib ki, rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Ramin Mehrəliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, R.Mehrəliyevin psixotrop maddə olan metamfetamin istifadə etdiyi məlum olub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, protokol tərtib olunub və o, 400 manat miqdarında cərimələnib.

Gununsesi.info