Narkotiki şalvara hopdurub həbsxanaya keçirmək istədi 

Bakıda cəzaçəkmə müəssisəsinə şalvara hopdurulmuş üsulla narkotik keçirmək istəyiblər.

Penitensiar xidmətdən Gununsesi.info-ya bildirilib ki, hadisə 11 saylı cəzaçəkmə müəssisəsində baş verib. Xidmət əməkdaşları məhkumlardan biri ilə qısamüddətli görüşə gələn qohumunun gətirdiyi sovqata baxış keçiriblər. Bu zaman bağlamadakı şalvarın balağının tikiş hissəsinə hopdurulmuş ümumi çəkisi 0,01 qram olan narkotik maddə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info