Tanınmış ufoloq Skott Uorinq NASA-nın paylaşdığı Mars şəkillərindən birində nəhəng “qəzəbli yadplanetli başı” tapdığını iddia edib.
Gununsesi.info xəbər verir ki, sözügedən fotonu ABŞ Milli Kosmik Agentliyinin (NASA) “Mars Qlobal Surveyor” tədqiqat stansiyası 26 yanvar 2004-cü ildə Qırmızı Planetin qərb yarımkürəsində Xris düzənliyini qeydə alarkən çəkib.
Hətta NASA işçiləri də bu obyektin şübhəli böyük insektoid yadplanetlinin başına bənzədiyini yazsalar da, ufologlar bu kəşfə diqqət yetirməyib.
Uorinq isə iddia edildiyi kimi, bunun krater deyil, yadplanetli – “yaşıl adam” üzlü qədim heykəltaraşlıq nümunəsi olduğunu iddia edib.
Ufologun hesablamalarına görə, tapılan obyektin “baş” diametri təxminən 400 metr və hər bir gözün uzunluğu isə 250 metrdir. Tədqiqatçı amerikalıların bu obyekt haqqında həqiqətləri yaxşı bildiklərini vurğulayıb. Çünki onlar öz rəsmi saytlarında belə bu obyekti “Xris yadplanetlisi” kimi qeyd ediblər.
Gununsesi.info