Natiq Cəfərlinin vəkili prokurorluqdan şikayətləndi - "Görüşümüzə icavə verilmir"

  • By admin
  • 31 Avqust 2016 13:00

Elçin-Sadıqov-500x281

Daha bir vəkil REAL-ın aparıcı simlarından və hazırda həbsdə olan Natiq Cəfərlinin müdafiəsinə qoşulub.

Gununsesi.info-nun məlumatına görə, bu haqda vəkil Elçin Sadıqov özü öz şəxsi “Facebook” səhifəsində yazıb.

“15 avqust 2016-cı il tarixdən Natiq Cəfərlinin nin müdafiəsinə qoşulub vəkil orderinin əslini, şəxsiyyət vəsiqəmin və vəkil vəsiqəmin surətini AR Baş Prokurorluğuna təqdim edib, onunla görüş tələb etməyimə baxmayaraq bu günədək Baş Prokurorluğun Ağır Cinayətlərə Sair İşlər Üzrə İstintaq İdarəsi  görüşümüzə qanunsuz olaraq icazə vermir. Bununla Natiq Cəfərlinin müdafiə hüququnu kobud şəkildə pozur”-deyə, o, daha sonra yazıb.

Gununsesi.info