NATO-da kritik toplantı başlayır

  • By admin
  • 09 Mart 2023 16:07

Ankaranın dayandırdığı Türkiyə-İsveç-Finlandiya üçtərəfli danışıqları bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında yenidən başlayır.

 

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

İsveç və Finlandiya müzakirəçiləri ilə NATO rəsmilərinin iştirakı ilə keçiriləcək toplantıda Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçapar və prezidentin xarici siyasət müşaviri və mətbuat katibi İbrahim Kalın təmsil edəcək.

Qeyd edək ki, Türkiyə yanvar ayında danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırması və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan etirazlara görə üçtərəfli danışıqları qeyri-müəyyən müddətə dayandırıb.

 

Tərcümə:

Afət